Servis
Şəhərin gözəlləşdirilməsi və şəhər sakinlərinə, turistlərə və qonaqlara qüsursuz bir xidmət təqdim etmək üçün harada quraşdırılmasından asılı olmayaraq açıq hava reklamlarının təmizliyi və qüsursuz görüntüsü ilə bağlı tələbkarlığımız daimidir. Profilaktik baxım, müntəzəm yoxlamalar, işçilərin təlimatlandırılması və digər ciddi prosedurlar müqayisəsiz keyfiyyətə zəmanət verir.Bu işləri həyata keçirmək üçün şirkətimizin professional servis komandası, özünə məxsus olan maşın, avadanlıq və texnikaları mövcuddur ki bu da bütün işləri və öhdəlikləri operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.
Açıq hava reklamı sahəsində ən yüksək standart tələblərinə cavab vermək üçün bütün təmir və servis xidmətlərini öz texniki personalımız hesabına təmin edirik.