Prizmatronlar

Prizmatronlar adətən hərəkətin sıx, dinamik olduğu ərazilərdə və işıqfor yaxınlığında yerləşdirilir. Sürətli yollarda adətən belə qurğular yerləşdirilmir. Prizmatronlar müəyyən vaxt intervalı ilə sinxron dəyişən özündə 3 tərəfli prizmaları birləşdirən 2-3 x 5-8 m ölçülü qurğulardır. Bu tip qurğuların hərəkətli və dinamik olması insanların diqqətini cəlb edir və reklamın effektivliyini artırır. Prizmatron tipli qurğular adətən işıqlı olur ki bu da bilbordlardan fərqli olaraq gecə vaxtı da reklamların yayılması imkanı verir.