WhatsAppa yazın

Komandamız

Adv Production şirkəti Azərbaycanın ən böyük açıq məkan reklam operatorlarından biridir. Şirkət mərkəzi ofisi Bakıda, digər bir ofisi Abşeron rayonu ərazisində olan geniş bir şəbəkəyə malikdir. Adv Production şirkəti 4 milyondan çox əhalisi olan Bakı şəhəri, 500 000-dən çox əhalisi olan Sumqayıt və 500 000-dən artıq əhalisi olan Abşeron rayonu ərazisini əhatə edərək Azərbaycanda ən böyük auditoriyaya məxsus açıq məkan reklam operatorudur.

Şirkət ölkə ərazisində 400-dən artıq reklam səthində reklam yayımını həyata keçirir. Şirkətimizin daşıyıcılarına klassik statik bilbordlar, roller tipli qurğular, prizmatronlar və yüksək texnologiyalı rəqəmsal ekranlar daxildir. Şirkətin əsas baş ofisi Bakı şəhərində, ikinci bir texniki personal və istehsal üçün nəzərdə tutulan ofisi istehsal müəssisəsində Abşeron rayonu ərazisində yerləşir.



Adv Servis açıq hava reklamı sahəsində bütün təmir və servis xidmətlərini özünə məxsus texnika və texniki personalı hesabına təmin edir. Profilaktik baxım, müntəzəm yoxlamalar, işçilərin təlimatlandırılması və digər ciddi prosedurlar Adv Servis-in işində müqayisəsiz keyfiyyətə zəmanət verir.

Bu işləri həyata keçirmək üçün 750 m2 qapalı ərazi, müxtəlif təyinatlı servis maşınları, qaldırıcı səbət və təmizlik üçün texniki avadanlıqlar, professional servis komandası, özünə məxsus olan avadanlıq və texnikaları mövcuddur ki, bu da bütün işləri və öhdəlikləri operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Reklam daşıyıcılarının mexanizmləri şirkətimiz üçün heç bir həll olunmayan sirr saxlamır və bütün bu texniki baxış, təmir işləri öz personallarımız tərəfindən həyata keçirilir.

Əməkdaşlıq üçün bizə yazın

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!