Monitorlar
Rəqəmsal ekranlar ağıllı kreativ fikirləri əks etdirməyə, reklam mesajlarını gündəlik həyatda davam edən dəyişikliklərə tez uyğunlaşdırmağa, effektiv reklam kompaniyası üçün digər media vasitələri ilə inteqrasiyada ən əlverişli açıq hava reklamı vasitəsidir.
Monitor işıq, diod (Led) və işıqəksetdirən elementlər hesabına təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş qurğudur. Həm gündüz (birbaşa günəş şüaları istiqamətində olmamaq şərti ilə), həm də gecə vaxtı monitor reklamı öz effektivliyinə görə digər daşıyıcılardan üstünlüyünü saxlayır.