Haqqımızda
Adv Production şirkəti Azərbaycanın ən böyük açıq məkan reklam operatorlarından biridir. Şirkət mərkəzi ofisi Bakıda, digər bir ofisi Abşeron rayonu ərazisində olan geniş bir şəbəkəyə malikdir. Adv Production şirkəti 4 milyondan çox əhalisi olan Bakı şəhəri, 500 000-dən çox əhalisi olan Sumqayıt və 500 000-dən artıq əhalisi olan Abşeron rayonu ərazisini əhatə edərək Azərbaycanda ən böyük auditoriyaya məxsus açıq məkan reklam operatorudur.Komandamız 2001-ci ildən etibarən müştərilərinə effektiv reklam kompaniyaları üçün hərtərəfli həllər təklif edir.
Şirkətin reklam posterləri ölkə ərazisində 400-dən çox reklam səthində təqdim olunur. Şirkətimizin daşıyıcılarına klassik statik bilbordlar, roller tipli qurğular, prizmatronlar və rəqəmsal ekranlar daxildir. Adv Production şirkəti öz işinə bazar tələblərinə cavab verən müasir texnologiyaları fəal şəkildə tətbiq edir və bütövlükdə sənayenin inkişafındakı əsas tendensiyaları reallaşdırır.
Şirkət satışlarına görə ölkənin ən böyük açıq məkan reklam operatorları arasında ilk üçlükdə yer alır. Müştəri yönümlülüyü və texnologiyaların davamlı təkmilləşdirilməsi Adv Production şirkətinin yerli və xarici müştərilər arasında geniş tanınmasına imkan verir. Müştərilərin biznesinin çiçəklənməsini təşviq etmək üçün şirkət zəngin təcrübəsindən, yüksək keyfiyyətli, operativ və səmərəli servis, şəhər mühitinə ahəngdar şəkildə inteqrasiya olunmuş ekskluziv həllərdən istifadə edir.
Açıq məkan reklamı artıq şəhər mühitinin bir hissəsinə çevrilib və şəhərlərlə işləməkdə əsas prinsiplərimizdən biri kimi insanlara diqqətli olmağa üstünlük veririk. ADV Production şirkəti olaraq yenilikləri dayandırmırıq, davamlı olaraq məqsədlərimizi artıraraq daha çox xidmətlər təklif edirik.
Adv Production şirkətinin uğuru həmişə bənzərsiz bir yenilik ruhu, iddialı bir araşdırma və İnkişaf siyasəti üzərində qurulmuşdur. Bu strategiyanın effektivliyini bütün məhsul və xidmətlərimizdə görmək olar.
Adv Production şirkətinin yenilikləri dörd meyara cavab verir: keyfiyyət, stil, funksionallıq və ekoloji performansdır ki, bu da davamlılıq, az enerji istehlakı və təkrar istifadə olunan materialların istifadəsi tələblərinə riayət etmək deməkdir.
Çeviklik təşkilatımızın mərkəzindədir. Bu da yeni texnologiya, yeni elektron komponentlərin sürətli inkişafı ilə ayaqlaşmağımızı təmin edir.